Bu gün keçirilmiş oyunla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Venesiya” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı oyunda Florensiya təmsilçisi inamlı səfər qələbəsinə sevinib.
Qeyd edək ki, 4-cü turun qalan oyunları sentyabrın 12-də, 13-də və 14-də keçiriləcək.
İtaliya, A Seriyası
4-cü tur
11 sentyabr
Venesiya – Fiorentina 2:4
12 sentyabr
17:00. Cenoa – Frozinone
20:00. Latsio – Milan
22:45. Atalanta – Kalyari
13 sentyabr
17:00. Leççe – Montsa
20:00. Napoli – Bolonya
22:45. Sassuolo – Yuventus
14 sentyabr
20:30. Komo – Parma
20:30. Torino – Roma
22:45. İnter – Udineze


