Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Renn” doğma meydanda Marsel “Olimpik”i ilə üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. Meydan sahibləri yekunda çətin qələbəyə seviniblər.
Qeyd edək ki, 4-cü turun qalan oyunları sentyabrın 12-də və 13-də keçiriləcək.
Fransa, Liqa 1
4-cü tur
11 sentyabr
Renn – Olimpik (Marsel) 1:0
12 sentyabr
19:15. Strasburq – Monako
22:45. Oser – Nitsa
22:45. Havr – Anje
22:45. Loryan – Tuluza
22:45. Paris – Olimpik (Lion)
13 sentyabr
17:00. Lill – Trua
19:15. Le Man – Lans
22:45. Brest – PSJ


