Nuriyev oynadı, “Kişvarda” 9 qolla mərhələ adladı

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, “Kişvarda” Macarıstan Kubokunun 2026/2027-ci illər mövsümünün 1/32 final mərhələsi çərçivəsində “Nagikozar”la qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqibi ilə səfərdə üz-üzə gəlib və 9:0 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib. Nuriyev bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

Nuriyev daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.

2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: