Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Cenoa” – “Frozinone” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Latsio” – “Milan” görüşündə də qalib müəyyənləşməyib. “Atalanta” isə doğma meydanda “Kalyari”yə məğlub olub.
Qeyd edək ki, 4-cü turun qalan oyunları sentyabrın 13-də və 14-də keçiriləcək.
İtaliya, A Seriyası
4-cü tur
11 sentyabr
Venesiya – Fiorentina 2:4
12 sentyabr
Cenoa – Frozinone 1:1
Latsio – Milan 2:2
Atalanta – Kalyari 1:2
13 sentyabr
17:00. Leççe – Montsa
20:00. Napoli – Bolonya
22:45. Sassuolo – Yuventus
14 sentyabr
20:30. Komo – Parma
20:30. Torino – Roma
22:45. İnter – Udineze


