Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Loryan” – “Tuluza” matçında qalib müəyyənləşməyib. “Strasburq” – “Monako” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Havr” – “Anje” və “Paris” – “Olimpik” (Lion) matçlarında isə ümumiyyətlə qol qeydə alınmayıb.
Günün yeganə qalibi “Oser” olub. Sözügedən komanda “Nitsa” ilə ev oyununda 3 xalı tək qolla qazanıb.
Qeyd edək ki, 4-cü turun qalan oyunları sentyabrın 13-də keçiriləcək.
Fransa, Liqa 1
4-cü tur
11 sentyabr
Renn – Olimpik (Marsel) 1:0
12 sentyabr
Strasburq – Monako 1:1
Oser – Nitsa 1:0
Havr – Anje 0:0
Loryan – Tuluza 2:2
Paris – Olimpik (Lion) 0:0
13 sentyabr
17:00. Lill – Trua
19:15. Le Man – Lans
22:45. Brest – PSJ


