Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyununda “Qaziantep” “Fənərbağça” ilə qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər.
Beləliklə, geridə qalmış 5 turdan sonra 13 xala malik “Qalatasaray” vahid liderdir. “Beşiktaş” 12 xalla ikinci, “Amedspor” 10 xalla üçüncü pillədə qərarlaşıb. “Kasımpaşa”, “Rizəspor” və “Kocaelispor” isə 9 xal toplayıblar.
Türkiyə, Super Liqa
5-ci tur
11 sentyabr
Beşiktaş – Ərzurumspor 3:0
12 sentyabr
Eyüpspor – Rizəspor 0:2
Samsunspor – Çorum 1:5
Alanyaspor – Göztəpə 2:2
Konyaspor – Trabzonspor 1:0
13 sentyabr
Gənclərbirliyi – Kasımpaşa 1:2
Amedspor – Başakşəhər 5:0
Qalatasaray – Kocaelispor 1:0
14 sentyabr
Qaziantep – Fənərbağça 0:0


