A Seriyası: “Roma” və “İnter”in ardıcıl 4-cü qələbəsi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Komo” doğma meydanda “Parma”ya qalib gəlib. Lider “Roma” səfərdə “Torino”nu 2 cavabsız qolla yenibsə, son çempion “İnter” də “Udineze” ilə 8 qolluq ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Beləliklə, 4 turdan sonra itkisiz irəliləyən “Roma” və “İnter”in 12 xalı var. “Komo” və “Latsio” 10, “Kalyari” 9 xal toplayıblar.

İtaliya, A Seriyası
4-cü tur
11 sentyabr

Venesiya – Fiorentina 2:4

12 sentyabr

Cenoa – Frozinone 1:1
Latsio – Milan 2:2
Atalanta – Kalyari 1:2

13 sentyabr

Leççe – Montsa 3:2
Napoli – Bolonya 1:0
Sassuolo – Yuventus 3:2

14 sentyabr

Komo – Parma 2:1
Torino – Roma 0:2
İnter – Udineze 5:3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: