Avroliqa: “Milan” evdə uduzdu, “Bayer” qalib gəldi

Bu gün keçiriləcək oyunlarla futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Günün mərkəzi qarşılaşması İtaliyada baş tutub. “Milan” doğma azarkeşləri önündə Portuqaliyanın “Benfika” komandası ilə üz-üzə gəlib. Oyun qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

“Selta” səfərdə “Omoniya”ya uduzubsa, “Bayer” “Çelye”ni, “Sanderlend” “Alkmar”ı məğlub yola salıb.

Avroliqa çərçivəsində əsas mərhələnin ilk turunun digər oyunları sentyabrın 17-də baş tutacaq.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur

16 sentyabr

Ararat (Ermənistan) – Sparta (Çexiya) 1:4
Omoniya (Kipr) – Selta (İspaniya) 1:0
Milan (İtaliya) – Benfika (Portuqaliya) 0:2
Bayer (Almaniya) – Çelye (Sloveniya) 2:0
Anderlext (Belçika) – Olimpik (Lion, Fransa) 1:2
Sanderlend (İngiltərə) – Alkmaar (Niderland) 1:0
Olimpiakos (Yunanıstan) – Yagelloniya (Polşa) 2:1
Şturm (Avstriya) – Renn (Fransa) 0:0
Hapoel (Beer-Şeva, İsrail) – Dinamo (Zaqreb, Xorvatiya) 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: