Bu gün keçiriləcək oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması “Şamaxı” ilə “Araz-Naxçıvan” arasında keçiriləcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək oyunun start fiti saat 16:30-da səslənəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.
Turun qapanış matçında isə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Gəncə şəhər stadionunda baş tutacaq oyuna saat 19:00-da start veriləcək. Oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Premyer Liqa
6-cı tur
18 sentyabr
“Qəbələ” – “Neftçi” 0:3
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:30.
“Qarabağ” – “Şəfa” 1:0
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:45.
19 sentyabr
“Turan Tovuz” – “Zirə” 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
VAR: Əli Əliyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:30.
“Sabah” – “İmişli” 3:1
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Masazır Arena”, 19:45.
20 sentyabr
“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 16:30.
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu, 19:00.


