Yeton Bekiri: “Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq”

“Qəbələ”nin makedoniyalı baş məşqçisi Yeton Bekiri “Karvan”a qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib.

Yeton Bekiri matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu həftə çox çalışmışıq. Gündə iki dəfə məşqimiz olurdu. Bu səbəbdən komanda yorğun görünürdü. “Sumqayıt”la oyuna hazırlaşmağa hələ vaxtımız var. Bu matçda əsas məqsədimiz gənc futbolçulara şans vermək, onların təzyiq altında necə oynadıqlarını müəyyənləşdirmək idi. Mənim üçün ən vacibi futbolçuların çatışmazlıqlarını görmək idi. Bəzi futbolçular 30, bəziləri 25 dəqiqə oynadı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq. 4 futbolçumuz müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsindədirlər. Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq.

Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik. Bu gün Rafael Utziq təxminən 30 dəqiqə meydanda oldu. Çox keyfiyyətli futbolçudur. Hələ ki, komanda ilə cəmi 2 məşqə çıxıb. Braziliyada fərdi məşqlər edib. 2-3 həftəyə ən yaxşı formasına yüksələcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: