Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”nin əsas komandasının məşqçilər korpusuna 2 yeni mütəxəssis cəlb olunub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, baş məşqçi Yeton Bekiriyə köməkçi məşqçi Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.
Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.
Xatırladaq ki, “Qəbələ” mövsümə Kaxaber Sxadadzenin rəhbərliyi altında başlasa da, uğursuz nəticələr səbəbindən istefaya göndərilmişdi. Onun istefasından sonra komandaya Amil Ağacanov – Miloş Yevtiç məşqçilər dueti rəhbərlik edirdi. Sentyabrın 16-da isə Yeton Bekiri əyalət təmsilçisinə baş məşqçi təyin edilib.


