21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxır.
Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 9-cu oyununda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə səfərdə üz-üzə gələcək. Kilmarnokda təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 7 xalla beşinci pillədə qərarlaşıb. Şotlandiya isə 11 xalla dördüncüdür.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti matçını oktyabrın 6-da evdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
30 sentyabr
22:30. Şotlandiya – Azərbaycan
Baş hakim: Matius Stöfrinqshauq (Norveç)
Baş hakimin köməkçiləri: Erlan Hareland, Edvard Helgerud (hər ikisi Norveç)
Dördüncü hakim: Məhəmməd Osman Aslam (Norveç).
Kilmarnok. “Reqbi Park” stadionu.
Xallar: Portuqaliya – 19. Çexiya – 15. Bolqarıstan – 14. Şotlandiya – 11. Azərbaycan – 7. Cəbəllüttariq – 0.


