“Spartak”ın sabiq baş məşqçisi, ispaniyalı futbol mütəxəssisi Gilyermo Abaskal məşqçilik fəaliyyətini Avropada davam etdirəcək.
Arena.az xəbər verir ki, 37 yaşlı mütəxəssis İsveçrənin ikinci divizionunda çıxış edən “İverdon Sport” klubunun baş məşqçisi təyin olunub.
Abaskal komandada sentyabrın 22-də istefaya göndərilmiş Martin Andermattı əvəzləyib. Bununla belə, Andermatt klubdan ayrılmayıb. O, “İverdon”un strukturunda qalıb və texniki direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Abaskalın son iş yeri Meksikanın “Atletiko San-Luis” klubu olub. İspaniyalı çalışdırıcı 2026-cı ilin martında bu komandadan ayrıldıqdan sonra sərbəst məşqçi statusunda idi.
Gilyermo Abaskal 2022-ci ilin iyunundan 2024-cü ilin aprelinədək Moskva “Spartak”ına rəhbərlik edib və komandanın baş məşqçisi kimi 74 rəsmi oyunda iştirak edib.
İsveçrə çempionatı da Abaskal üçün yeni deyil. O, məşqçilik karyerasının əvvəlki mərhələsində bu ölkənin “Bazel” və “Luqano” klublarında çalışıb. Mütəxəssis, həmçinin İtaliyanın “Askoli” komandasına rəhbərlik edib.


