Birinci Liqa: 4-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Gəncə şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “Gəncəbəsar” komandası 1 oyunluq ev matçını Yevlax şəhər stadionunda keçirəcək.

4-cü turun görüşləri oktyabrın 7-də, 8-də, 9-da və 10-da keçiriləcək.

Birinci Liqa
4-cü tur

7 oktyabr

“Şahdağ Qusar” – “Zaqatala”
Binə qəsəbə stadionu, 15:30.

8 oktyabr

“Səbail” – “Karvan”
Binə qəsəbə stadionu, 15:30.

9 oktyabr

MOİK – “Mingəçevir”
Binə qəsəbə stadionu, 15:30.

“Şimal” – “Xankəndi”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

10 oktyabr

“Gəncəbasar” – “Baku Sportinq”
Yevlax şəhər stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: