Azərbaycan millisi Bakıda Lixtenşteynlə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsində növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz 2-ci qrupdakı ikinci sınağında Lixtenşteyn yığmasını qəbul edəcək.

Sözügedən komandalar arasındakı görüş Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Qeyd edək ki, bu qarşılaşma Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb. Oyunu FIFA referisi Kristian Petru Çoçirka idarə edəcək. Ona yan xətt hakimləri Maksimilian Vays və Maykl Obritsberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şafak Barmaksız yerinə yetirəcək. VAR-da Manuel Şüttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcəklər.

Bu, hər iki komandanın qrupdakı ikinci sınağıdır. Azərbaycan millisi daha öncə səfərdə Litva yığması ilə qarşılaşıb və heç-heçə ilə kifayətlənib – 1:1. Lixtenşteyn yığması isə doğma meydanda Litvaya 0:2 hesabıyla uduzub. Millimiz qrup qalibi olmaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdır. Əks halda Litva ilə ev oyunundakı qələbə liderlik üçün kifayət etməyə bilər.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup

1 oktyabr

20:00. Azərbaycan – Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çoçirka (Avstriya).
Yan hakimlər: Maksimilian Vays, Maykl Obritsberger (Avstriya).
Dördüncü hakim: Şafak Barmaksız (Avstriya).
VAR hakimi: Manuel Şüttengruber (Avstriya).
AVAR hakimi: Aleksander Harkam (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: