Klopp: “Mançester Siti”? Sadəcə, gözləyib baxa bilərəm”

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı iş üzrə qərarı şərh edib.

Arena.az xəbər verir ki, “Liverpul”un sabiq baş məşqçisi hazırda bu məsələdə hər hansı nəticə çıxarmağa tələsmədiyini bildirib.

Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli bilib. İş bir neçə il davam edən araşdırma çərçivəsində klubun maliyyə hesabatlarında düzgün olmayan məlumatlar təqdim etməsi, futbolçular və məşqçilərlə bağlı gizli ödənişlər və maliyyə qaydalarının pozulması ilə bağlı iddiaları əhatə edib.

Klub qərardan apellyasiya şikayəti vermək hüququna malikdir. Mümkün sanksiyalar ayrıca dinləmədə müəyyənləşdiriləcək.

Klopp isə məsələyə münasibət bildirərkən “Liverpul”un əvvəlki illərdə qazandığı nəticələrdən razı olduğunu vurğulayıb:

“Əlbəttə, bu barədə eşitmişəm, amma buna böyük əhəmiyyət verməmişəm. Sadəcə gözləyib baxa bilərəm. Xosep Qvardiolaya və “Mançester Siti”nin futbol üslubuna böyük hörmətim var. Onlar möhtəşəm futbol oynayırdılar və bizim üçün yüksək səviyyəli rəqib idilər.

Əgər hansısa sanksiya tətbiq olunacaqsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Gözləyəcəyəm və baxacağam. Çempionluğa və ya buna bənzər bir şeyə hazırlaşmaq fikrindən çox uzağam. “Liverpul”da əldə etdiklərimiz məni tamamilə qane edir. Biz meydanda çox mübarizə aparmışıq. Bundan artıq heç nə deyə bilmərəm, çünki təfərrüatları bilmirəm və onlar məni maraqlandırmır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: