Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 3-cü tura start veriləcək.
Arena.az xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 matç baş tutacaq.
A Liqasında Almaniya millisi doğma meydanda Serbiyanı sınağa çəkəcək. Qrupun digər oyununda Uels Norveçlə qarşılaşacaq. Danimarka – Portuqaliya və Yunanıstan – Niderland matçları da maraqla gözlənilir.
Qeyd edək ki, bu gün Azərbaycan millisi də UEFA Millətlər Liqasında növbəti sınağına çıaxacaq. Komandamız doğma meydanda Lixtenşteynlə üz-üzə gələcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
1 oktyabr
A Liqası, 2-ci qrup
22:45. Almaniya – Serbiya
22:45. Uels – Norveç
Xallar: Yunanıstan – 6. Niderland – 4. Almaniya – 1. Serbiya – 0.
A Liqası, 4-cü qrup
22:45. Danimarka – Portuqaliya
22:45. Yunanıstan – Niderland
Xallar: Portuqaliya – 6. Norveç – 3. Danimarka – 3. Uels – 0.
B Liqası, 3-cü qrup
22:45. İrlandiya – Avstriya
22:45. İsrail – Kosovo
Xallar: Avstriya – 6. Kosovo – 4. İrlandiya – 3. İsrail – 0.
D Liqası, 1-ci qrup
22:45. Malta – Cəbəllüttariq
Xallar: Malta – 3. Cəbəllüttariq – 1. Andorra – 1.
D Liqası, 2-ci qrup
20:00. Azərbaycan – Lixtenşteyn
Xallar: Litva – 4. Azərbaycan – 1. Lixtenşteyn – 0.


