Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 3-cü tura start verilib.
Arena.az xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 matç baş tutub.
A Liqasında Almaniya millisi doğma meydanda Serbiyanı sınağa çəkib və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda Yunanıstan Niderlandla məhsuldar heç-heçəyə razılaşıb.
Uels Norveçlə ev oyununda çətin qələbəyə sevinibsə, Danimarkanın qonağı olmuş Portuqaliya ardıcıl 3-cü qələbəsini bayram edib.
Qeyd edək ki, bu gün Azərbaycan millisi də UEFA Millətlər Liqasında növbəti sınağına çıxıb. Komandamız doğma meydanda Lixtenşteynlə üz-üzə gəlib və növbəti dəfə heç-heçə ilə kifayətlənib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
1 oktyabr
A Liqası, 2-ci qrup
Almaniya – Serbiya 2:0
Yunanıstan – Niderland 2:2
Xallar: Yunanıstan – 7. Niderland – 4. Almaniya – 4. Serbiya – 0.
A Liqası, 4-cü qrup
Uels – Norveç 2:1
Danimarka – Portuqaliya 2:4
Xallar: Portuqaliya – 9. Danimarka – 3. Norveç – 3. Uels – 3.
B Liqası, 3-cü qrup
İrlandiya – Avstriya 2:2
İsrail – Kosovo 0:0
Xallar: Avstriya – 7. Kosovo – 4. İrlandiya – 4. İsrail – 1.
D Liqası, 1-ci qrup
Malta – Cəbəllüttariq 1:1
Xallar: Malta – 4. Cəbəllüttariq – 2. Andorra – 1.
D Liqası, 2-ci qrup
Azərbaycan – Lixtenşteyn 0:0
Xallar: Litva – 4. Azərbaycan – 2. Lixtenşteyn – 1.


