Azərbaycan Kubokunda ilk mərhələnin oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azərbaycan Kubokunda yeni mövsümün ilk oyunları oktyabrın 7-də keçiriləcək. İlk təsnifat mərhələsinin qalan görüşləri ayın 8-də və 9-da baş tutacaq.

Xəbərdə o da vurğulanır ki, oktyabrın 1-də Sabirabad rayonunda yerləşən “Marafon Arena”ya Peşəkar Futbol Liqası tərəfindən yekun təftiş və test oyunu həyata keçirilib. Məhz bu təftişin nəticəsinə uyğun olaraq müvafiq addımlar atılıb. PFL tərəfindən stadionun uyğunluğu təsdiq olunub və “Marafon” klubu ev oyunlarını “Marafon Arena”da keçirəcək.

Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi

7 oktyabr

“Qaradağ Lökbatan” – “Şəki”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəmkir” – “Ağstafa Gəncləri”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

8 oktyabr

“Difai” – “Zəngəzur”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Marafon” – “Dinamo”
“Marafon Arena”, 14:30.

“Şirvan” – “Kür-Araz”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

9 oktyabr

“Ağdaş” – “Hypers”
Ağdaş şəhər stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: