İkinci Liqa: 6-cı turun oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 6-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

İki günü əhatə edəcək turun görüşləri oktyabrın 3-də və 4-də keçiriləcək. Həm ilk, həm də sonuncu oyun günündə 3 qarşılaşma baş tutacaq.

İkinci Liqa
6-cı tur
3 oktyabr

“Qaradağ Lökbatan” – “Zəngəzur”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Şəki” – “Şəmkir”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Kür-Araz” – “Ağstafa Gəncləri”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

4 oktyabr

“Hypers” – “Marafon”
Bərdə şəhər stadionu, 15:00.

“Ağdaş” – “Dinamo”
Ağdaş şəhər stadionu, 15:00.

“Şirvan” – “Difai”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: