Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 7-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Ağstafa Gəncləri” “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb.
7-ci turun qalan görüşləri oktyabrın 12-də və 13-də keçiriləcək.
İkinci Liqa
7-ci tur
11 oktyabr
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 1:2
Qollar: Elçin Qasımov, 1 – İsa Zeynallı, 64-pen. Tural Axverdiyev, 79.
Hakimlər: Nahid Xasıyev, Əkbər Əliyev, Ruslan Məmmədov, Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Ağstafa şəhər stadionu, 15:00.
12 oktyabr
“Difai” – “Şəki”
Hakimlər: Ləman Əmirli, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Rəsul Babayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Zəngəzur” – “Şirvan”
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Ruslan Babayev, Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu, 15:30.
13 oktyabr
“Şəmkir” – “Hypers”
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Rauf Salamov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Dinamo” – “Kür-Araz”
Hakimlər: Hacıağa Həsənov, Hüseyn Vəliyev, Tural Bayramov, Kamil Aydınov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Binə qəsəbə stadionu, 15:00.
“Marafon” – “Ağdaş”
Hakimlər: Mehdi Yusifov, Cavid Ömərov, Əhməd Əhmədsoy, Nəriman Ağayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sabirabad. “Marafon Arena”, 15:00.


