U-17 millimiz Gürcüstana hər iki oyunda uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Bakıda təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirib.

Arena.az xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk yoldaşlıq görüşü Gürcüstan yığmasının 5:3 hesablı qələbəsi ilə başa çatıb. “Dalğa Arena”nın 1-ci məşq meydançasında keçirilmiş ikinci görüşdə də millimiz 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-17 millimizin bu toplanışına aşağıdakı futbolçular cəlb edilmişdilər:

  1. Cavidan Babayev – Qarabağ FK
  2. Bilal Hacıyev – Qarabağ FK
  3. Ülvi Abbaslı – Sumqayıt FK
  4. Vaqif Nəbiyev – Qarabağ FK
  5. Cihad Sadıqov – Sabah FK
  6. Ruslan Quliyev – Neftçi PFK
  7. Yusif Nəbiyev – Turan Tovuz PFK
  8. Nizami Nəbiyev – Sabah FK
  9. Rəsul Balakişiyev – İmişli PFK
  10. Həmzə Tahirov – Qəbələ İK
  11. Vaqif Məmmədli – Sabah FK
  12. Nicat Əhmədzadə – Marcet (İspaniya)
  13. Əhəd Hacızadə – Qarabağ FK
  14. Yusif Orucəliyev – Qarabağ FK
  15. Şikar Şikar – Neftçi PFK
  16. Cəfər Cəfərzadə – Sabah FK
  17. Turan Ramazanov – Turan Tovuz PFK
  18. Fərhad Alışov – Paloma (Almaniya)
  19. Tunar Bayramov – Qarabağ FK
  20. Tunar Əsgərzadə – Qarabağ FK
  21. Murad İsmayılov – Qarabağ FK
  22. Amin İmanveridyev – Real Murcia
  23. Mirzə Məmmədli – Sumqayıt FK
  24. Amin Bəxtiyarzadə – Nyumarkt (Almaniya)
  25. Daniil Rəcəbov – Qarabağ FK
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: