17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Bakıda təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirib.
Arena.az xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk yoldaşlıq görüşü Gürcüstan yığmasının 5:3 hesablı qələbəsi ilə başa çatıb. “Dalğa Arena”nın 1-ci məşq meydançasında keçirilmiş ikinci görüşdə də millimiz 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-17 millimizin bu toplanışına aşağıdakı futbolçular cəlb edilmişdilər:
- Cavidan Babayev – Qarabağ FK
- Bilal Hacıyev – Qarabağ FK
- Ülvi Abbaslı – Sumqayıt FK
- Vaqif Nəbiyev – Qarabağ FK
- Cihad Sadıqov – Sabah FK
- Ruslan Quliyev – Neftçi PFK
- Yusif Nəbiyev – Turan Tovuz PFK
- Nizami Nəbiyev – Sabah FK
- Rəsul Balakişiyev – İmişli PFK
- Həmzə Tahirov – Qəbələ İK
- Vaqif Məmmədli – Sabah FK
- Nicat Əhmədzadə – Marcet (İspaniya)
- Əhəd Hacızadə – Qarabağ FK
- Yusif Orucəliyev – Qarabağ FK
- Şikar Şikar – Neftçi PFK
- Cəfər Cəfərzadə – Sabah FK
- Turan Ramazanov – Turan Tovuz PFK
- Fərhad Alışov – Paloma (Almaniya)
- Tunar Bayramov – Qarabağ FK
- Tunar Əsgərzadə – Qarabağ FK
- Murad İsmayılov – Qarabağ FK
- Amin İmanveridyev – Real Murcia
- Mirzə Məmmədli – Sumqayıt FK
- Amin Bəxtiyarzadə – Nyumarkt (Almaniya)
- Daniil Rəcəbov – Qarabağ FK


