Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor” komandasının baş məşqçisi Torsten Fink istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Samsun klubunun mətbuat xidməti məlumat yayıb.
Qərar komandanın ardıcıl uğursuz nəticələrindən sonra verilib. Son olaraq Super Liqanın 7-ci turunda doğma meydanda “Trabzonspor”a 0:3 hesabı ilə məğlub olmuş Samsun təmsilçisi almaniyalı mütəxəssislə vidalaşıb.
Torsten Fink fevralın ortalarında “Samsunspor”la 1,5 illik müqavilə imzalamışdı. O, komandanın baş məşqçisi kimi 25 oyuna çıxıb. Bu müddətdə 11 qələbə qazanan, 10 dəfə məğlub olan və 4 heç-heçə edən Finkin rəhbərliyi altında komanda hər matça orta hesabla 1,48 xal toplayıb.
Məlumata görə, klub prezidenti Yüksel Yıldırım yeni baş məşqçi vəzifəsinə yenə əcnəbi mütəxəssis gətirməyi planlaşdırır. Rəhbərlik artıq mümkün namizədlərlə danışıqlara başlayıb.


