Azərbaycan Kubokunda 2-ci raundun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları üç günü əhatə edəcək. Qarşılaşmalar oktyabrın 27-də, 28-də və 29-da keçiriləcək.

PFL-in məlumatında qeyd edilir ki, “Şimal” – “Araz-Naxçıvan”, “Kür-Araz” – “Sumqayıt”, “Hypers” – “Şamaxı” oyunları ev sahiblərinin stadionlarının standartlara cavab verməməsi səbəbindən Əsasnaməyə uyğun olaraq aparılan proseslərin nəticəsində qonaq komandanın ev oyunlarını keçirdiyi stadionlarda baş tutacaq, qeyd olunan bütün təşkilati məsələləri cədvəldə adı 1-ci göstərilən klub həyata keçirəcək. “Səbail” Əsasnaməyə uyğun olaraq alternativ stadion təqdim edib. “Səbail” klubu 1-ci Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da “Masazır Arena”da keçirəcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

27 oktyabr

“Şimal” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 14:00.

“Marafon” – “Zaqatala”
Sabirabad. “Marafon Arena”, 14:00.

“Kür-Araz” – “Sumqayıt”
“Sumqayıt Arena”, 17:00.

“Qəbələ” – “Mingəçevir”
Qəbələ şəhər stadionu, 17:00.

“Səbail” – “Zirə”
“Masazır Arena”, 18:00.

28 oktyabr

“İmişli” – “Qaradağ Lökbatan”
Yevlax şəhər stadionu, 14:00.

MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 14:00.

“Hypers” – “Şamaxı”
Şamaxı şəhər stadionu, 14:00.

“Şəfa” – “Ağstafa Gəncləri”
“Sumqayıt Arena”, 16:00.

“Kəpəz” – “Baku Sportinq”
Gəncə şəhər stadionu, 19:00.

29 oktyabr

“Xankəndi” – “Gəncəbasar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Zəngəzur” – “Karvan”
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: