ABL: “Sabah” ikinci qələbəsini NTD üzərində qazandı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda NTD son çempion “Sabah” ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutmuş qarşılaşma “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb – 100:75.

Xatırladaq ki, ötən gün baş tutmuş turun əvvəlki oyunlarında “Naxçıvan” “Gəncə”ni (72:70), “Neftçi” “Sumqayıt”ı (86:69) məğlub etmişdi. “Landau Lions” – “Ordu” matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, ABL-in yarış cədvəlində hazırda “Sabah”, “Neftçi”, “Naxçıvan” və “Sumqayıt”ın 4 xal var. “Landau Lions”, NTD və “Gəncə” 3 xal toplayıblar. “Ordu” isə 2 xalla sonuncu sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: