Almaniyanın “Borussiya” (Dortmund) klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək oyun üçün heyətini açıqlayıb.
Arena.az xəbər verir ki, Dortmund təmsilçisi çərşənbə axşamı keçiriləcək səfər qarşılaşması ərəfəsində bu gün Bakıya gəlib.
Almaniya təmsilçisi Azərbaycana 24 futbolçu gətirib:
Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Cob Bellingem, Feliks Nmeça, Seru Girassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Joan Qadu, Daniel Svensson, Coey Fermer, Yulian Ryersson, Patrik Drüves, Aleksandr Meyer, Kaua Prates, Filippo Mane, Samuele İnatsio, Mathis Albert, Enzo Dos Santos və Luka Reccani.
Konstantinos Karetsas zədə səbəbindən Bakıya gəlməyib. O, Bundesliqanın “Union Berlin”lə oyununda meydana daxil olduqdan bir neçə dəqiqə sonra xəsarət alıb. Klubun icraçı direktoru Lars Rikken futbolçunun ayağında bağ zədəsi olduğunu bildirib.
Dortmund təmsilçisinin Bakıya uçuşu təxminən beş saat davam edib. Komanda paytaxtımıza çatdıqdan sonra oyunöncəsi mətbuat konfransı və son məşqini keçirəcək. Mətbuat konfransında baş məşqçi Niko Kovaç və müdafiəçi Daniel Svensson iştirak edəcəklər.
Qeyd edək ki, “Borussiya” ilə “Sabah” arasında qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.


