“Turan” Çempionlar Liqasına qələbə ilə başladı

Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi ilk sınağında Xorvatiyanın “Mladost” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçirilib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşdığı rəqibini ilk oyunda 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə mğlub edib.

“Turan” Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: