Futbol üzrə İspaniya çempionu “Barselona”nın gənc müdafiəçisi Xavi Espart UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.
Arena.az xəbər verir ki, 18 yaşlı ispaniyalı futbolçu turnirin əsas mərhələsinin 3-cü turunda PSJ ilə keçirilən oyunda fərqlənməklə həm Kataloniya klubunun, həm də İspaniya futbolunun tarixinə düşüb.
“Statsdufoot” statistik hesabının məlumatına görə, Espart Çempionlar Liqasında 20 yaşına çatmamış qol vuran “Barselona”nın 15-ci futbolçusu olub.
Gənc müdafiəçi Parisdə keçirilmiş görüşün 55-ci dəqiqəsində Fermin Lopesin ötürməsindən sonra rəqib qapısına yol tapıb. Bununla belə, onun qolu Kataloniya təmsilçisini məğlubiyyətdən xilas etməyib. Qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Kataloniya təmsilçisinin öz yetirməsi olan Xavi Espart Avropanın bir nömrəli klub turnirindəki ilk qolunu məhz bu qarşılaşmada vurub. 19 yaş 152 günündə fərqlənən oyunçu ÇL-də bunu bacaran ən gənc ispan müdafiəçi olub.
Əvvəlki rekord “Real”ın sabiq üzvü Serxio Ramosa məxsus idi. O, 2005-ci ildə, 19 yaş 251 günündə Madrid klubunun heyətində “Olimpiakos”la matçda adını tabloya yazdırıb.


