PSJ ÇL-də rekorda, “Barselona” antirekorda imza atdı

Fransa çempionu PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona”ya (İspaniya) 4:2 hesabı ilə qalib gəlib.

Arena.az xəbər verir ki, Fransa nəhəngi bu qələbə sayəsində sözügedən turnirdə əsas vaxtda məğlubiyyətsiz oyunlar üzrə rekordunu təkrarlayıb.

Paris təmsilçisinin UEFA Çempionlar Liqasında əsas vaxtda məğlubiyyətsiz oyunlar seriyası 13 matça çatıb. Fransa klubu analoji göstəriciyə daha əvvəl 2012/2013-cü illər mövsümündə nail olub.

İspaniya nəhəngi isə rəqibindən fərqli, antirekorda imza atıb. Bu, “Barselona”nın cari mövsümdə ilk məğlubiyyəti olub. Kataloniya klubu UEFA Çempionlar Liqasında ardıcıl qol buraxdığı oyunların sayına görə klub antirekordunu yeniləyib.

“Barsa” Avropanın bir nömrəli klub turnirində ardıcıl 18 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib. Parisdəki görüşdə meydan sahiblərindən Dezire Due, Lukas Ernandes, Vitinya və Fabian Ruis fərqləniblər. İspaniya klubunun heyətində isə Xavi Espart və Lamin Yamal adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, “Barselona” UEFA Çempionlar Liqasının cari mövsümünün ilk iki turunda “Feyenoord”a (5:1) və “Qalatasaray”a (4:1) qalib gəlmişdi. İspaniya çempionu növbəti turda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Bu oyun noyabrın 4-də keçiriləcək.

ÇL-in sonuncu qalibi olan PSJ isə daha öncə Bratislava “Slovan”ına 6:1, “Mançester Siti”yə 4:2 hesabıyla qalib gəlib. Paris təmsilçisi növbəti oyununu noyabrın 3-də İspaniyanın “Vilyarreal” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: