Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyununda son çempion “Sabah” “Naxçıvan”la üz-üzə gəlib.
Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş qarşılaşma Naxçıvan təmsilçisinin 88:83 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün dörd periodunda da gərgin mübarizə yaşanıb. “Naxçıvan” komandası ilk periodu 21:19, ikinci periodu 22:23, üçüncü periodu 19:18, sonuncu periodu isə 26:23 hesabı ilə başa vurub. Beləliklə, qonaqlar meydanı 5 xal fərqi ilə qalib tərk ediblər.
Qalib komandanın heyətində Ceremi Heys 19 xalla matçın ən məhsuldar basketbolçusu olub.
Bu nəticədən sonra “Naxçıvan” 3 oyundan 3 qələbə ilə 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Bir oyun artıq keçirən “Sabah” isə 5 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, ABL-də 4-cü turun növbəti oyunları oktyabrın 24-də və 25-də keçiriləcək. Sabah NTD “Ordu”nu sınağa çəkəcək. Bir gün sonra isə “Neftçi” “Gəncə” ilə, “Landau Lions” “Sumqayıt”la üz-üzə gələcək.


