“Səbail” – “Zirə” matçında biabırçı hakim səhvi

Futbol üzrə Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Səbail” – “Zirə” matçında kuryoz hadisə yaşanıb.

Arena.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Samuel Nonqo 2 dəfə sarı vərəqə alsa da, qırmızı vərəqə ilə cəzalandırılmayıb.

Kamerunlu yarımmüdafiəçi 68 və 80-ci dəqiqələrdə sarı vərəqə almasına baxmayaraq, oyunun baş hakimi Səbuhi Bayramov onu meydandan kənarlaşdırmayıb. Futbolçu sona qədər oynayıb. Amma hakimlər qarşılaşmadan sonra doldurduqları protokolda bu səhvlərini gördükdən sonra futbolçuya qırmızı vərəqə də yazıblar. Halbuki, o, 120 dəqiqə meydanda olub.

Xatırladaq ki, “Səbail” – “Zirə” matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə bir qol vurublar. Bu üzdən də 11 metrlik zərbələrə ehtiyac duyulub. Penaltilər seriyasında Premyer Liqa təmsilçisi 3:2 hesabıyla üstün olub və 1/8 finala vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: