Yeton Bekiri: “1/8 finala vəsiqə qazanmaq vacib idi”

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılaraq kubokun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Yeton Bekiri matçdan sonra verdiyi açıqlamada bunları qeyd edib:

“Kubok oyununda qalib gəlib növbəti mərhələyə keçmək vacib idi. Çempionatda az oynamış futbolçulara daha çox şans verdik.

Digər vacib məqam o idi ki, oyunu zədəsiz, itkisiz başa vuraq. 90 dəqiqə ərzində oyuna nəzarət etdik. Birinci hissədə 3 qol vurduq. Fasilədən sonra da istəyirdim ki, futbolçular daha çox fərqlənsinlər. Ümumiləşdirsək, bizim üstünlüyümüzlə keçən yaxşı oyun oldu”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: