Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Sassuolo” ilə qarşılaşmış “Latsio” 8 qolluq bu matçda darmadağına sevinib. Paytaxtın digər təmsilçisi “Roma” isə “Kalyari” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Torino”nun qonağı olmuş “Komo” da bu turu inamlı qələbə ilə başa vurub.
9-cu turun qalan görüşləri oktyabrın 28-də və 29-da keçiriləcək.
İtaliya, A Seriyası
9-cu tur
27 oktyabr
Sassuolo – Latsio 2:6
Roma – Kalyari 4:2
Torino – Komo 1:3
28 oktyabr
21:30. Milan – Bolonya
21:30. Parma – Udineze
21:30. Venesiya – İnter
23:45. Cenoa – Yuventus
23:45. Montsa – Napoli
29 oktyabr
21:30. Frozinone – Leççe
23:45. Fiorentina – Atalanta


