Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutacaq.
Premyer Liqa təmsilçilərindən “İmişli” “Qaradağ Lökbatan”ı, “Şamaxı” isə “Hypers”i sınağa çəkəcək. Bu oyunlarla eyni vaxtda MOİK – “Şahdağ Qusar” görüşünə də start veriləcək.
Saat 16:00-da “Şəfa” – “Ağstafa Gəncləri” matçının start fiti səslənəcək. Günün sonuncu qarşılaşması isə “Kəpəz”lə “Baku Sportinq” arasında baş tutacaq.
Azərbaycan Kubokunda 2-ci raundun qalan oyunları oktyabrın 29-da keçiriləcək.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
27 oktyabr
“Şimal” – “Araz-Naxçıvan” 0:6
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.
“Marafon” – “Zaqatala” 1:0
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Marafon Arena”, 14:00.
“Kür-Araz” – “Sumqayıt” 0:11
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena”, 17:00.
“Qəbələ” – “Mingəçevir” 3:0
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.
“Səbail” – “Zirə” 2:2 (penaltilər 2:3)
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Masazır Arena”, 18:00.
28 oktyabr
“İmişli” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.
MOİK – “Şahdağ Qusar”
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
“Hypers” – “Şamaxı”
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu, 14:00.
“Şəfa” – “Ağstafa Gəncləri”
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena”, 16:00.
“Kəpəz” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu, 19:00.
29 oktyabr
“Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00 .
“Zəngəzur” – “Karvan”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.


