Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 8-ci turu çərçivəsində “Apollon”la qarşılaşıb.
“Pafos” səfərdə baş tutmuş bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2. Murad bu matçın 73-cü dəqiqəsində, komandası 1:2 hesabıyla məğlub durumda olarkən meydana buraxılıb.
Məmmədovun komandası 8 turdan sonra 13 xalla 5-ci pillədə qərarlaşıb. “Pafos” 8 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Murad Məmmədov bu ilin yayında qoşulduğu “Pafos”un heyətində 5 rəsmi matçda forma geyinib, 1 qol vurub.
“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


