“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 9-cu turunda “Liverpul” üzərində səfərdə qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, “Enfild”də keçirilən qarşılaşmanın taleyini 16-cı dəqiqədə Kay Havertsin vurduğu qol həll edib.
Almaniyalı hücumçu bu qolla Premyer Liqa tarixinin ən məhsuldar alman futbolçusu olub – onun hesabında artıq 46 qol var.
Arteta qələbənin 14 illik fasilədən sonra “Enfild”də əldə olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu qələbəni klubumuza bağlı olan hər kəsə həsr edirik. Burada 14 il qələbə qazana bilməmək çox uzun müddətdir. Biz ən çətin şəraitdə də qalib gələ biləcəyimizi sübut etdik”.
Bu nəticədən sonra “Arsenal” turnir cədvəlinin liderliyinə yüksəlib. “Liverpul” isə liderdən 9 xal geri qalır.


