Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kuboku nun 2-ci təsnifat mərhələsi ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Kuboku, 2-ci təsnifat mərhələsi
“Səbail” – “Zirə” oyununun 80-ci dəqiqəsində “Səbail”in futbolçusu Samuel Nonqo ikinci sarı vərəqə aldığına görə 1 oyunluq cəza alıb. “Səbail” buna görə 150 manat cərimə edilib. “Zirə”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
MOİK – “Şahdağ Qusar” oyununun 73-cü dəqiqəsində MOİK-in futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. MOİK buna görə 900 manat cərimə ödəyəcək.
“Şəfa” – “Ağstafa Gəncləri” oyununda Ağstafa komandasının həkimi olmadığına görə sözügedən klub 100 manat cərimə edilib.
“Xankəndi” – “Gəncəbasar” oyununda “Xankəndi” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.
“Zəngəzur” – “Karvan” oyunu Təcili Tibbi yardım Avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Zəngəzur” 200 manat cərimə edilib.


