Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” fransalı dayaq yarımmüdafiəçisi Zinəddin Uld Xaled ilə yollarını ayırıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
26 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sabah” yarımmüdafiəçiyə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Zinədin Uld Xaled 2025-ci ilin yayında Fransanın “Anje” klubundan “Sabah”a keçmişdi. Yarımmüdafiəçi Azərbaycan klubu ilə 2 illik müqavilə imzalamışdı. Amma qısa müddət sonra aldığı ağır zədə səbəbindən o, komandasına kömək edə bilmirdi.
“Sabah”da 18 oyuna çıxmış yarımmüdafiəçi məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Uld Xaled Fransanın “Anje” klubunun yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib. O, “Anje”nin əsas komandasında 46 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.


