U-21 millimizin Omanla oyunlarının vaxtı və yeri bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Omanın U-23 yığmasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı bəlli olub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, komandamız bu rəqiblə noyabrın 14-də və 17-də iki sınaq matçına çıxacaq. “Masazır Arena”da təşkil ediləcək hər iki matçın start fiti saat 17:00-da səslənəcək.

Bu oyunlar üçün U-21 millimizin heyətinə dəvət almış futbolçuların siyahısını təqdim edirik:

Sadiq Məmmədzadə – İmişli
Səlim Həşimov – Gəncəbasar
Teymur Həsənov – Qarabağ
Ceyhun Bağırzadə – Şamaxı
Elgün Dünyamalıyev – Sabah
Hüseyn Hüseynov – Mingəçevir
Timur Vəliyev – Master-Saturn (Rusiya)
Məhəmməd Məhəmmədov – Neftçi
Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
Mikael Cəbrayılov – İnter Barselona (İspaniya)
Allahverdi Rəhimov – Zaqatala
Elnur Mustafayev – Mingəçevir
Yusif Hacıyev – Zirə
Qədir Ramazanov – Qəbələ
Ceyhun Kəlbəliyev – Şimal
Dinamin Bağırov – Gəncəbasar
Cuma Hüseynov – Qəbələ
Elmar Məmmədov – Şəfa
Əli Xəlilov – Aleksandriya (Ukrayna)
Müzəffər Qurbanov – Dnepr (Belarus)
İlkin Cəfərli – Sabah
Elşən Hidayətov – Baku Sportinq
Yusif Mehtiyev – Lokomotiv (Gürcüstan)
Niyazi Osmanov – Şimal
Can Naibov – Kosmos (Ximki, Rusiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: