Futbol üzrə Niderland milli komandasının və Türkiyənin “Fənərbağça” klubunun mərkəz müdafiəçisi Natan Ake yenidən zədələnib.
Arena.az xəbər verir ki, İstanbul klubunun mətbuat xidməti 31 yaşlı niderlandlı futbolçunun sağ baldır nahiyəsində zədə aşkarlandığını açıqlayıb.
Məlumata görə, Ake əvvəlki zədəsinin bərpası çərçivəsində fərdi məşq zamanı ağrı hiss edib. Şikayətlərin davam etməsindən sonra futbolçu MRT müayinəsindən keçirilib.
Müayinə nəticəsində Akenin sağ baldırının aşağı hissəsində yerləşən soleus əzələsində zədə müəyyənləşib. Futbolçunun müalicə və reabilitasiya prosesinə başlanılıb.
Qeyd edək ki, Natan Ake Praqa “Slaviya”sı ilə oyunda zədələndikdən sonra bir müddət komandasından ayrı qalıb. “A Spor”un məlumatına görə, niderlandlı müdafiəçinin yeni zədəsi səbəbindən təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


