Premyer Liqa: 15-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 15-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, üç günü əhatə edəcək tura dekabrın 11-də keçiriləcək iki oyunla start veriləcək. Turun qalan görüşləri dekabrın 13-də və 14-də keçiriləcək.

15-ci turun açılış oyunu Şamaxıda, qapanış görüşü isə bakıda təşkil ediləcək.

Premyer Liqa
15-ci tur

11 dekabr

“Şamaxı” – “Sumqayıt”
Şamaxı şəhər stadionu, 14:00.

“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 16:30.

13 dekabr

“Qarabağ” – “Zirə”
“Azersun Arena”, 16:00.

“Sabah” – “Şəfa”
“Sabah Arena”, 18:30.

14 dekabr

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “İmişli”
Bakı. “Neftçi Arena”, 19:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: