Basketbol: Azərbaycan millisi İrlandiyaya da uduzdu

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2029) ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, A qrupunda yer almış yığmamız ikinci turda doğma meydanda İrlandiya ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilmiş görüş İrlandiyanın 91:73 hesablı qələbəsi ilə başa çatıb. İlk hissədən sonra 46:40 hesabı ilə öndə olan qonaqlar fasilədən sonra üstünlüyünü qoruyaraq fərqi daha da artırıblar.

Azərbaycan millisinin heyətində ən məhsuldar oyunçu Polina Şukina olub. O, 22 xal toplayıb. Arika Karter 16, Dina Ulyanova 9, Angelina İsmayılova isə 8 xalla yadda qalıb.

Qeyd edək ki, basketbol yığmamız ilk turda İsveçrəyə 33:84 hesabı ilə məğlub olub. Azərbaycan millisi növbəti oyununu noyabrın 17-də səfərdə İslandiyaya qarşı keçirəcək.

İki turdan sonra Azərbaycan 2 xalla A qrupunda sonuncu pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: