Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində sonuncu – 6-cı tura start veriləcək.
Arena.az xəbər verir ki, A və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A Liqasında İspaniya yığması İngiltərə millisini, Fransa yığması Türkiyə seçməsini, Belçika milli komandası isə İtaliya yığmasını qəbul edəcək.
UEFA Millətlər Liqasında qrup mərhələsinin qalan oyunları sonrakı günlərdə dkeçiriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
15 noyabr
A Liqası, 1-ci qrup
23:45. Fransa – Türkiyə
23:45. Belçika – İtaliya
Xallar: İtaliya – 10. Fransa – 10. Belçika – 9. Türkiyə – 0.
A Liqası, 3-cü qrup
23:45. Xorvatiya – Çexiya
23:45. İspaniya – İngiltərə
Xallar: İspaniya – 15. İngiltərə – 12. Xorvatiya – 3. Çexiya – 0.
C Liqası, 1-ci qrup
21:00. Finlandiya – San Marino
21:00. Belarus – Albaniya
Xallar: Albaniya – 12. Belarus – 10. Finlandiya – 7. San-Marino – 0
C Liqası, 2-ci qrup
18:00. Latviya – Ermənistan
18:00. Kipr – Monteneqro
Xallar: Monteneqro – 13. Kipr – 8, Ermənistan – 5. Latviya – 1.


