Avstriya və İsveç milli komandaları UEFA Millətlər Liqasının növbəti mövsümündə elit divizionda mübarizə aparmaq hüququ qazanıblar.
Arena.az xəbər verir ki, hər iki komanda bu uğura B Liqasının qrup mərhələsinin 5-ci turunda əldə etdikləri nəticələrdən sonra nail olub.
Avstriya yığması doğma meydanda İrlandiyanı 1:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində 5 oyundan sonra xallarını 11-ə çatdıran avstriyalılar 3-cü qrupda liderliyini təmin ediblər. İkinci pillədə qərarlaşan Kosovonun 6 xalı var və son turda Avstriyanı əlavə göstəricilərə görə keçmək şansı qalmayıb.
İsveç isə 4-cü qrupun 5-ci turunda Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edib. İsveçlilər 13 xalla qrupda birinci yeri təmin ediblər. 8 xalı olan Bosniya və Herseqovina artıq lideri qabaqlaya bilməyəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının elit divizionunda qrupların ilk iki pilləsini tutan komandalar 1/4 finala yüksəlir. Sonuncu yeri tutan yığmalar B Liqasına düşür. Qruplarda üçüncü olan komandalar isə B Liqasının ikinciləri ilə pley-off oyunlarında qarşılaşırlar.
B Liqasının qrup qalibləri isə növbəti mövsüm üçün elit diviziona yüksəlmək hüququ qazanırlar.


