Azərbaycan millisi 2026-cı ilə Andorrada yekun vurur

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoxlama oyunları çərçivəsində səfərdə Andorra yığma komandası ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, bu, millimizin 2026-cı ildəki son oyunu olacaq.

Qarşılaşmanı İspaniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər. Görüşün baş hakimi ispaniyalı Xose Luis Munuera Montera olacaq. Ona yan xətt hakimləri olan həmyerliləri Dieqo Sançes Royo və Dieqo Barbero kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pedro Qonçalves yerinə yetirəcək.

Enkampdakı 5600 azarkeş tutumuna malik “Estadi de la FAF”-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz 2026-cı ili qələbə ilə başa vurmağa çalışacaq.

Bu oyun həm də millimizin tarixində ən çox qol vurmuş Emin Mahmudov üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Neftçi”nin şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi millimizin heyətində sonuncu oyununu keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi bir neçə gün öncə keçirdiyi rəsmi oyunda (UEFA Millətlər Liqasının qrup mərhələsində) Lixtenşteynə səfərdə qalib gəlib. Bütövlükdə isə Andorra ilə oyun yığmamızın 2026-cı ildəki 10-cu matçıdır. Komandamız bu il keçirdiyi oyunlarda aşağıdakı nəticələrə imza atıb:

Azərbaycan – Sent Lüsiya 6:1
Azərbaycan – Syerra Leone 1:1 (pen. 9:8)
Azərbaycan – Malta 0:2
Azərbaycan – San Marino 2:1
Azərbaycan – Tacikistan 1:0
Litva – Azərbaycan 1:1
Azərbaycan – Lixtenşteyn 0:0
Azərbaycan – Litva 1:0
Lixtenşteyn – Azərbaycan 0:1

Yoxlama oyunu
16 noyabr

22:00. Andorra – Azərbaycan
Hakimlər: Xose Luis Munuera Montera, Dieqo Sançes Royo, Dieqo Barbero, Pedro Qonçalves (hamısı İspaniya).
Enkamp. “Estadi de la FAF”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: