UEFA Millətlər Liqasında Almaniya – Niderland dueli

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 6-cı turun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, A, B, C və D liqalarında ümumilikdə 10 qarşılaşma baş tutacaq.

A Liqasının 2-ci qrupunda Almaniya millisi Niderland yığmasını sınağa çəkəcəksə, Yunanıstan Serbiyanı qəbul edəcək.

Azərbaycan millisinin də yer aldığı D Liqasının 2-ci qupunda Lixtenşteyn millisi evdə Litva ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur

16 noyabr

A Liqası, 2-ci qrup

23:45. Almaniya – Niderland
23:45. Yunanıstan – Serbiya

Xallar: Niderland – 11. Yunanıstan – 8. Almaniya – 8. Serbiya – 0.

B Liqası, 1-ci qrup

23:45. İsveçrə – Şotlandiya
23:45. Şimali Makedoniya – Sloveniya

Xallar: İsveçrə – 13. Sloveniya – 8. Şotlandiya – 7. Şimali Makedoniya – 0.

C Liqası, 3-cü qrup

19:00. Farer adaları – Moldova
19:00. Qazaxıstan – Slovakiya

Xallar: Slovakiya – 11. Moldova – 7. Farer adaları – 5. Qazaxıstan – 2.

C Liqası, 4-cü qrup

21:00. İslandiya – Lüksemburq
21:00. Estoniya – Bolqarıstan

Xallar: İslandiya – 11. Estoniya – 9. Bolqarıstan – 4. Lüksemburaq – 3.

D Liqası, 1-ci qrup

23:45. Cəbəllüttariq – Malta

Xallar: Malta – 7. Andorra – 4. Cəbəllütariq – 2.

D Liqası, 2-ci qrup

21:00. Litva – Lixtenşteyn

Xallar: Azərbaycan – 8. Litva – 4. Lixtenşteyn – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: