İkinci Liqa: “Şirvan” 5, “Qaradağ” 7 qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Zəngəzur” – “Hypers” matçında qalib müəyyənləşməyib. “Ağdaş” doğma meydanda “Şirvan”a 5 cavabsız qolla uduzub. “Kür-Araz” isə “Qaradağ Lökbatan”la oyunda böyük hesabla məğlub olub.

11-ci tura noyabrın 17-də keçiriləcək “Dinamo” – “Şəmkir” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
11-ci tur

15 noyabr

“Ağstafa Gəncləri” – “Difai” 3:0
Qollar: Elgün Namazov, 18. Elçin Qasımov, 20; 28.
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rasim Musayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

“Marafon” – “Şəki” 5:0
Qollar: Uğur Səfərov, 23; 80. Elmar Rəhimov, 37. Elşad Manafov, 55. Mirmövsüm Caniyev, 88.
Hakimlər: Ləman Əmirli, Ruslan Babayev, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Marafon Arena”, 14:30.

16 noyabr

“Zəngəzur” – “Hypers” 2:2
Qollar: Nurlan Novruzov, 28. Ruslan Voronsov, 47 – Asim Babazadə, 66. Nazim
Həsənzadə, 82.
Qolla nəticələnməyən penalti: Asim Babazadə, 25.
Hakimlər: Vaqif Vəliyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Şirvan” 0:5
Qollar: Çingiz Məmmədov, 10. Elgün Xəlilov, 29. Elcan Məmmədov, 57. Ramiz Məmmədov, 62. Amil Yunanov, 87-pen.
Hakimlər: Hacıağa Həsənov, Rizvan Süleymanov, Əkbər Əliyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağdaş şəhər stadionu, 14:00.

“Kür-Araz” – “Qaradağ Lökbatan” 1:7
Qollar: Bayram Əliyev, 78 – Əli Əlizadə, 2; 40-pen; 62. Sabir Allahquliyev, 22. İbrahim Novruzov, 47. Ramil Orucov, 49. Əjdər Hacılı, 82.
Hakimlər: Samir Musayev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

17 noyabr

“Dinamo” – “Şəmkir”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: