Endryu Robertson Şotlandiya millisində rekorda imza atdı

İngiltərənin “Tottenhem” klubunun üzvü Endryu Robertson Şotlandiya milli komandasının tarixində ən çox oyun keçirən futbolçu olub.

Arena.az xəbər verir ki, 32 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçrə ilə səfər oyununda bu rekorda imza atıb.

Robertson üçün qarşılaşma milli komandada 103-cü olub. Bununla da hazırda Şotlandiya millisinin kapitanı olan futbolçu bu göstəricidə əfsanəvi hücumçu Kenni Dalqlişi geridə qoyub. Dalqliş milli komandanın heyətində 102 oyun keçirib.

Endryu Robertson Şotlandiya millisində debütünü 2014-cü ildə edib. O, uzun illər komandanın əsas müdafiəçilərindən biri olmaqla yanaşı, 2018-ci ildən kapitan sarğısını daşıyır.

Futbolçu klub karyerasının böyük hissəsini “Liverpul”da keçirib. 2017-ci ilin yayından 2026-cı ilə qədər Mersisayd təmsilçisinin formasını geyinən Robertson bu komandanın heyətində iki dəfə İngiltərə çempionu və iki dəfə Liqa Kubokunun qalibi olub. O, həmçinin Çempionlar Liqası, UEFA Super Kuboku, Klublararası Dünya Çempionatı, İngiltərə Kuboku və İngiltərə Super Kubokunu qazanıb.

2026-cı ilin yayında isə Robertson “Tottenhem”ə keçib.

Şotlandiya millisi ilə Robertson 2024-cü il Avropa çempionatında və 2026-cı il dünya çempionatında iştirak edib. Hər iki turnirdə Şotlandiya pley-off mərhələsinə yüksələ bilməyib.

Şotlandiya millisində ən çox oyun keçirən futbolçular:

  1. Endryu Robertson – 103 oyun
  2. Kenni Dalqliş – 102
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: