U-17 millimiz son turda Litva ilə heç-heçəyə razılaşdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, birinci seçmə mərhələnin 2-ci qrupunda mübarizə aparan yığmamız 3-cü turda Litvanın U-17 komandası ilə qarşılaşıb.

Almaniyada təşkil edilmiş görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı 1-ci hissənin sonlarına yaxın Litva millisi açıb. Azərbaycan yığması isə 65-ci dəqiqədə Rəsul Balakişiyevin qolu ilə hesabı bərabərləşdirib.

Xatırladaq ki, yığmamız bundan əvvəl Almaniyaya 0:7, Şimali İrlandiyaya isə 0:4 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, Azərbaycan millisi 3 oyundan sonra aktivinə 1 xal yazdırıb və qrup sonuncusu olub.

AÇ-2027-nin seçmə mərhələsi
2-ci qrup

17 noyabr

Azərbaycan – Litva 1:1

Xal durumu:

  1. Almaniya – 9 xal
  2. Litva – 4
  3. Şimali İrlandiya – 3
  4. Azərbaycan – 1
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: